Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-dən 10-dək Tacikistana üç günlük səfər edəcək.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov “TASS” agentliyinə məlumat verib.
“Putin oktyabrın 8-9-da ölkə prezidenti Emoməli Rəhmonun dəvətinə uyğun olaraq Tacikistan Respublikasına dövlət səfəri edəcək.
Rusiya lideri oktyabrın 9-da keçiriləcək ikinci Rusiya-Mərkəzi Asiya Sammitində də iştirak edəcək. O, səfərini Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclası ilə yekunlaşdıracaq”.
Uşakov qeyd edib ki, Putin bütün tədbirlərdən sonra medianın suallarını cavablandıracaq.
Yeganə

