Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun inadkarlığına görə “Moskvaya pul ödəməklə” hədəsinə cavab verib.
Yeniera.az xəbər verir ki, onun sözlərini “TASS” sitat gətirib.
“Rusiya sülh yolu ilə həll etməyə hazırdır. Rusiya hazırda alternativlərin olmaması səbəbindən xüsusi hərbi əməliyyatını davam etdirir”, -deyə Kreml sözçüsü bildirib.
Peskov vurğulayıb ki, Moskva bu və ya digər şəkildə öz məqsədlərinə çatacaq və maraqlarını təmin edəcək.
Bundan əvvəl Emmanuel Makron bəyan etmişdi ki, Rusiya inadına davam edərsə və danışıqlar masasına oturmaqdan imtina edərsə, bunun əvəzini ödəməli olacaq.
Yeganə

