• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
15°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Hadisə

“Kürəkənim Zümrüdlə yaşayır, daim qızımı döyürdü” – Qətlə yetirilən Ayşənin anası – FOTO

21 Noyabr, 25 / 13:40
A A
“Kürəkənim Zümrüdlə yaşayır, daim qızımı döyürdü” – Qətlə yetirilən Ayşənin anası – FOTO

Gəncədə noyabrın 7-də törədilmiş qətlin təfərrüatları məlum olub.

Yeniera.az xəbər verir ki, mərhumun anası Mehriban Sadıqova gencexeber.az-a açıqlamasında kürəkəni Ramin Alıyevin başqa qadınla münasibət qurmasının cinayətə səbəb olduğunu deyib.

O iddia edib ki, Ramin 4 il əvvəl Zümrüd adlı (ad şərtidir) qadınla birgə yaşamağa başlayıb və bu münasibət ailədə gərginliyi artırıb. Ayşən həmin dövrdə davamlı olaraq zorakılıq, təhqir və döyülmələrə məruz qalıb.

İddialara görə, Ramin həm Ayşən və üç övladı ilə Gülüstan qəsəbəsində kirayədə yaşayıb, həm də Zümrüd üçün ayrıca ev tutaraq onunla gizli münasibətini davam etdirib. Mehriban Sadıqova qeyd edib ki, Ramin Zümrüd üçün 4 min manatlıq telefon və çoxsaylı qızıl-zinət əşyaları alıb, lakin övladlarının qayğısını təmin etməyib. Onun sözlərinə görə, bütün xərcləri özü qarşılayıb.

Hadisədən bir neçə ay əvvəl Zümrüd Ayşənin uşaqları ilə yaşadığı binanın həyətinə içkili halda gələrək səs-küy salıb. Qonşuların sözlərinə görə, qadın Ayşənin Ramindən ayrılmasını tələb edib və nalayiq ifadələr işlədib.

O əlavə edib ki, həmin vaxt Ramin Alıyev hadisə yerinə gəlib və Zümrüdü zorla maşına mindirərək aparıb. Qadın sonradan hüquq-mühafizə orqanlarına şikayət edib.

“Kürəkənimin sevgilisi qızımı söyür, təhqir edirdi, saysız-hesabsız zənglər olurdu, təzyiq göstərirdi”, – mərhumun anası qeyd edib.

Eyni zamanda, Raminin paralel münasibəti və qadının tələblərini yerinə yetirmək üçün etdiyi xərclər ailəyə 10 minlərlə manat borc yükü yaradıb.

Qeyd edək ki, 31 yaşlı Ayşən Sadıqova 2 həftə əvvəl Gəncədə küçədə bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, yolda vəfat edib. Onun 42 yaşlı həyat yoldaşı Ramin Alıyev şübhəli kimi saxlanılıb.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Bakupost.az

Bakupost.az
Ramin Alıyev və sevgilisi Zümrüd

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

Bu avtomobillər üçün aksiz dərəcəsi artırıldı

Növbəti Yazı

AmCham Azərbaycan nümayəndə heyəti ilə MMX arasında yüksək səviyyəli görüş keçirilib

XƏBƏR LENTİ

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.