Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı Moskva qarşısındakı öhdəliklərindən danışıb.
Yeniera.az xəbər verir ki, nazirin sözlərinə görə, Türkiyə bir alıcı olaraq Rusiyanın razılığı olmadan belə addımlar atmamalıdır.
O, həmçinin Avropa İttifaqının Türkiyədən S-400 sistemlərini alıb Ukraynaya göndərmək planına toxunub.
Qeyd edək ki, iyun ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Vaşinqton arasında dialoqun nəticəsində S-400 məsələsinin həll olunduğunu bəyan etmişdi.
YENİERA.AZ

