Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda şagird sinif yoldaşlarını ölümlə HƏDƏLƏDİ – RƏSMİ AÇIQLAMA
  • Elşad Cabbarov həbsxanada vəfat etdi – FOTO
  • Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir – TƏBİB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»“Levıy” işıq, su və qazın cəriməsi – Nə qədərdir?

“Levıy” işıq, su və qazın cəriməsi - Nə qədərdir?

Maraqlı Ariz Əhədov14.04.2026 - 11:31
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Təbii qaz, su və elektrik şəbəkələrinə qanunsuz qoşulma, sayğac göstəricilərinin təhrif edilməsi hallarına qarşı mübarizə son illərdə gücləndirilsə də, belə əməllərin törədilməsi həmişə aktualdır. Ancaq resursların talanması ilə müşayiət olunan bu hallarla mübarizə təkcə monitorinqlərlə yekunlaşmır.

Yeniera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə görə, belə əməllərin törədilməsi cinayət və inzibati məsuliyyət yaradır.

Bəs, sözügedən məsuliyyət tədbirləri nələrdən ibarətdir?

Qanunvericiliyə əsasən, qaz, su və elektrik enerjisinin talanmasına görə məsuliyyət vurulan ziyanın miqdarına görə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi təbii qazın, elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə yanaşı, onların talanmasına qarşı tədbirləri nəzərdə tutur.

Bu maddəyə görə, qazın, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. 

Həmçinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə isə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2500 manatdan 3500 manatadək məbləğdə cərimə edilir.

>Burada “az miqdarda” dedikdə 5 000 manatdan yuxarı olmayan məbləğdə vurulan ziyan nəzərdə tutulur. Bu məbləğdən yuxarı miqdarda talama isə cinayət məsuliyyəti yaradır.

Cinayət Məcəlləsinə görə, təbii qaz, su təchizatı, elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda – 5 000 manatdan yuxarı, lakin 50 000 manatdan artıq olmayan məbləğdə ziyan vurmaqla törədildikdə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 

Eyni əməllər külli miqdarda – 50 000 manatdan yuxarı, lakin 500 000 manatdan artıq olmayan məbləğdə ziyan vurmaqla törədildikdə 4000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Talama xüsusilə külli miqdarda – 500 000 manatdan yuxarı olan mәblәğdə ziyan vurmaqla törədildikdə isə şəxs 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bununla belə, qanunvericilikdə sözügedən əməlləri törədənlərin cinayət məsuliyyətindən azad edildiyi hallar da mövcüddur. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə, əməli xeyli miqdarda və külli miqdarda törətmiş şəxs dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Talama əməlini xüsusilə külli miqdarda törədən isə dəymiş ziyanı tamamilə ödəməklə yanaşı, ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə, cinayət məsuliyyətindən azad olunur.

Bənzər Xəbərlər

23.04.2026 - 13:50Ariz Əhədov

Bakıda şagird sinif yoldaşlarını ölümlə HƏDƏLƏDİ – RƏSMİ AÇIQLAMA

23.04.2026 - 13:37Ariz Əhədov

Elşad Cabbarov həbsxanada vəfat etdi - FOTO

23.04.2026 - 13:25Ariz Əhədov

Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB

23.04.2026 - 13:15Ariz Əhədov

“Nar” Kitab Gününü Salyanda qeyd etdi

23.04.2026 - 12:50Ariz Əhədov

Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi

23.04.2026 - 12:25Ariz Əhədov

Goranboyda məmur özbaşnalığı: Bələdiyyə sədrinin atası bütün torpağı zəbt edib – FOTOLAR

23.04.2026 - 12:12Ariz Əhədov

“Təmiz penalti idi” - “Qarabağ”ın qapıçısı

23.04.2026 - 11:50Ariz Əhədov

Makronun İrəvana səfərində bu sənəd imzalanacaq

23.04.2026 - 11:38Ariz Əhədov

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 158

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 968

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 916

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 103
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.