• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Leykemiya ilə mübarizə aparan uşaqlar üçün elmi seminar keçirildi - FOTOLAR

02 Noyabr, 25 / 21:13
A A
Leykemiya ilə mübarizə aparan uşaqlar üçün elmi seminar keçirildi - FOTOLAR

01 noyabr 2025-ci il tarixində ZURAYA Global Medical Marketing & Strategy şirkətinin təşkilatçılığı və Qan Donorları Assosiasiyasının sosial tərəfdaşlığı ilə “Güclü Ümid, Sağlam Gələcək” adlı elmi seminar təşkil olundu.

Tədbirin əsas məqsədi leykemiya (qan xərçəngi) ilə mübarizə aparan uşaqlara mənəvi və ictimai dəstək göstərmək, həmçinin cəmiyyətin bu xəstəliklər barədə məlumatlılığını artırmaq idi.
Seminar Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı və tədbiri Tibbi İnkişaf və Təcrübə Mübadiləsi İnstitutunun Sədri, ZURAYA GMMS şirkətinin rəhbəri Zülfiyyə Şahinqızı açıq elan etdi. O, çıxışında qeyd etdi ki, Ümid insanın içindəki ən güclü qüvvədir və hər bir uşağın ümidini qorumaq sağlam gələcəyin təminatıdır.

Tədbir çərçivəsində leykemiyadan sağalmış tələbə Şəbnəmin həyat hekayəsinə həsr olunmuş bədii-sosial videoçarx təqdim olundu.
Seminarda dövlət qurumlarının, səhiyyə müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və xeyriyyə icmalarının nümayəndələri iştirak ediblər. Tədbirə dəstək göstərən qurumlar arasında Sirab suları, Modern Hospital, Azərçay, Novella Kitab Evi və Mərcan Medicare Clinic xüsusi təşəkkürlə qeyd olundu.

Fəxri qonaqlar sırasında Azərbaycan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Modern Hospitalın direktoru PhD Op. Dr. Taryel Ömərov, DTX Hospitalı Qan Bankı direktoru İlhamə Zeynalova, AHTİ lektoru Dr. Xəyalə Şərifova, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov, həmçinin “Vineyard Azərbaycan” Xristian Dini İcmasının pastoru Kamran Ağayev və bir çox tanınmış həkimlər yer alıb.

Seminarda bir sıra şəxs və təşkilatlar leykemiya ilə mübarizədə göstərdikləri dəstəyə görə “Həyat Damlası” döş nişanı və “Uşaq Səfiri” mükafatı ilə təltif olundular. Onların arasında rəssam Mehriban Alışova, Dr. Aygün Aslanova, Dr. Ülviyyə Ağamirova, Əjdər Məmmədov,Günel Xəlilova, Leyla Həsənova, Orxan Abdullayev, Ceyran Soltanova, Gülnar Bayramova, Nərmin Məmmədova və başqaları var.

Elmi seminar iki panel müzakirədən ibarət idi. İlk paneldə qan xəstəlikləri və donorluğun sosial əhəmiyyəti müzakirə olundu. İkinci paneldə isə “Reproduktiv sağlamlıq və onkohematologiyada gələcəyə baxış”, “Ailədə psixoloji tarazlığın qorunması” və “Tibbi turizmin strateji əhəmiyyəti” kimi mövzular ətrafında çıxışlar təqdim edildi. Panel müzakirələr arası “İnci Rəqs Qrupu” çıxışı yer almışdır.
Sonda isə Leykemiya(qan xərçəngi)əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu və elmi seminarın təşkilatçısı Zülfiyyə Şahinqızına “Həyat Damlası” döş nişanı təqdim olundu. Yekunda Uşaq səfiri Rabia xanım səhnəyə dəvət edilərək təşəkkürlə qarşılanması oldu.
“Güclü Ümid, Sağlam Gələcək” təşəbbüsü leykemiya ilə mübarizədə həm elmi, həm də insani baxımdan maarifləndirici platforma olaraq, gələcəkdə bu istiqamətdə daha geniş layihələrin əsasını qoymağı hədəfləyir.

         

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

 

Növbəti Yazı

HƏMAS daha üç girovun cəsədini qaytardı

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.