• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib - FOTO

14 Noyabr, 25 / 10:30
A A
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfər edib.

Yeniera.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib.

O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc Əhmədova ilə söhbət edib, qəhrəman oğullarının həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıb.

Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Əli Əhmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları, İslam Əhmədov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha sonra Leyla Əliyeva Mingəçevir şəhərində yerləşən yaşlılar üçün “Yaşa” mərkəzinə gəlib. Mərkəzdə pensiya yaşında olan şəxslər müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir. Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.

Səfər çərçivəsində Leyla Əliyeva Mingəçevir Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib. Sanatoriyada daimi əsasda 20-yə yaxın uşaq müalicə və reabilitasiya alır. Müəssisədə yaradılan şərait, tibbi xidmətin təşkili, uşaqlar üçün reabilitasiya proqramları haqqında ətraflı məlumat verilib. Leyla Əliyeva balaca pasiyentlərlə maraqlanıb, həkim və tibb personalı ilə söhbət edərək onların fəaliyyətinə uğurlar arzulayıb. Leyla Əliyeva tərəfindən Uşaq Nevroloji Sanatoriyasına ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən robotik reabilitasiya əlcəkləri, həmçinin müxtəlif terapiya cihazları hədiyyə olunub.

Daha sonra Leyla Əliyeva Mingəçevirdə Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində olub. Məktəbdə tar, kaman, qarmon və digər siniflər üzrə tədrislə tanış olan Leyla Əliyevaya təhsil ocağının şagirdlərinin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakı barədə məlumat verilib. Bildirilib ki, 70-dən çox yaşı olan musiqi məktəbində fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris edilir. Mədəniyyət Nazirliyinin nəzdindəki tədris ocağı 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Hazırda məktəbdə 600-dən çox şagird təhsil alır. Leyla Əliyeva tərəfindən 30-dan çox zəruri musiqi aləti – tar, kamança, qarmon, violin, royal, piano və s. tədris müəssisəsinə hədiyyə edilib.

Daha sonra məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təqdim olunub.

Ən son xəbərləri bizim Facebook səhifəmizdə izləyin @yeniera
Öncəki Yazı

Toy karvanında "avtoş"luq edib yola pul səpdilər - VİDEO

Növbəti Yazı

Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari – Yaxın günlərdə…

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.