Litva qonşu ölkədən tütün məmulatlarının qaçaqmalçılığı üçün istifadə edilən hava şarlarının hava məkanını pozmasına görə Belarusa etiraz edib.
Yeniera.az xəbər verir ki, Belarusun müvəqqəti işlər vəkili Litva XİN-ə çağırılıb və sərt etiraz notası təqdim edilib.
Nazirlik bu cür hərəkətlərin beynəlxalq hüququ kobud şəkildə pozduğunu xatırladıb. Vilnüs Minski öz hava məkanına nəzarəti təmin etməyə çağırıb.
Bildirilib ki, belə hadisələrin təkrarlanarsa Litvan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Rza Əli

