Litvanın Xarici İşlər Nazirliyi Belarus səfirliyinin nümayəndəsini çağıraraq ona Belarus ərazisindən Litvaya hibrid hücumların bərpası ilə bağlı etiraz notası təqdim edib.
Yeniera.az xəbər verir ki, bu barədə “Delfi” agentliyi məlumat verib.
“Belarus nümayəndəsinə son günlər Belarus ərazisindən Litvanın hava məkanının pozulması halları barədə məlumat verilib, Litva tərəfi bunu milli təhlükəsizliyə və mülki aviasiyaya təhlükə hesab edir.
Həmçinin vurğulanıb ki, 20 və 23-24 noyabr hadisələri ilə əlaqədar Vilnüs Beynəlxalq Hava Limanının fəaliyyəti məcburi şəkildə dayandırılıb”, – idarənin açıqlamasında bildirilir.
Agentliyin məlumatına görə, Belarusa bu cür pozuntuların təkrarlanmasının qarşısını almaq üçün dərhal tədbirlər görməyə, habelə onun ərazisində saxlanılan və Litvaya buraxılmayan Aİ-də qeydiyyatdan keçmiş yük maşınları ilə bağlı problemi həll etməyə çağırılır.
Yeganə

