Britaniya atəşkəs əldə olunarsa, Ukraynaya qoşun göndərməyə hazırdır.
Yeniera.az xəbər verir bu barədə İngiltərə mediası məlumat yayıb.
“Böyük Britaniyanın hərbi əməliyyatlar dayandırıldıqdan sonra qoşun göndərməyə hazır olub-olmadığını birbaşa soruşsanız, cavab “bəli” olacaq. Bu, bizim hazırkı mövqeyimizdir”, – baş nazir Keir Starmerin ofisinin sözçüsü Guardian-a istinadən bildirir.
Həmçinin qeyd edilir ki, “istəklilər koalisiyası” adlandırılan ölkələr sülh əldə olunarsa, Ukraynada öz qüvvələrini yerləşdirməyə hazırlaşmaqda davam edir.
Qeyd edək ki, Starmer kontingentin hazırlanmasını müzakirə etmək üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Rza Əli

