Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qalmaqallı prokuror işdən çıxarıldı
  • “Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır?” – Deputatdan ŞOK AÇIQLAMA
  • Bu şəxslərin pensiyası ÖVLADINA VERİLƏCƏK
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Mədəniyyət»Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasındadır – FOTOLAR

Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasındadır - FOTOLAR

Mədəniyyət Yeni Era16.12.2025 - 16:19
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “MyCulture” Vahid Şəxsi Kabineti (https://my.culture.az) “MilliNet 2025” milli internet müsabiqəsinin “İlin rəqəmsal mədəniyyət və turizm həlli” nominasiyası üzrə qalibi seçilib.

Mədəniyyət sahəsinin rəqəmsallaşdırılması Nazirliyin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə “e-Culture” rəqəmsal inkişaf strategiyası (2024–2026) çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində mədəniyyət ekosisteminin müxtəlif klasterlərində rəqəmsal həllərin tətbiqi genişləndirilir.

Bu kontekstdə “MyCulture” vahid şəxsi kabineti xüsusi strateji əhəmiyyət daşıyır. “Giriş səhifəsi” (Landing Page) və “Kabinet” bölmələrindən ibarət olan platforma mədəniyyət sahəsində rəqəmsal transformasiyanın bünövrəsini formalaşdırır.

Son iki il ərzində ölkədə mədəniyyət sahəsində ilk dəfə olaraq incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu və yerləşdirilməsi, habelə müsabiqələrə, qrant və təqaüd proqramlarına, attestasiya və işə qəbul proseslərinə müraciətlərin, sənədlərin qəbulu, yoxlanılması və idarə edilməsi kütləvi şəkildə (2025-ci il üzrə unikal giriş sayı təxminən 125000 nəfər) “MyCulture” platforması üzərindən həyata keçirilib.

Platforma ölkə üzrə vahid giriş sistemi olan DigitalLogin (MyGovİD) ilə inteqrasiya edilib, bütün mövcud “login” vasitələri ilə giriş imkanı yaradılıb. Eyni zamanda, müvafiq dövlət strukturları tərəfindən kibertəhlükəsizlik auditlərindən uğurla keçərək, zəruri təhlükəsizlik sertifikatları və protokolları tətbiq olunub. Müasir texnologiyalara əsaslanan innovativ kod strukturu ilə seçilən sistem “Hökumət Buludu” (g-Cloud) infrastrukturuna miqrasiya edilib və yüksək dayanıqlıqla fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis olunan “MilliNet” müsabiqəsi ölkənin ən nüfuzlu peşəkar texnologiya mükafatlarından biri hesab olunur. Müsabiqə hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və digər sahələrdə fəaliyyət göstərən milli rəqəmsal həllər və internet resursları arasında keçirilir.

Cari ildə müsabiqəyə 13 nominasiya üzrə 179 rəqəmsal resurs təqdim edilib. 15 nəfərdən ibarət Ekspert Komissiyası tərəfindən faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və digər meyarlar üzrə iki mərhələdə aparılan qiymətləndirmə nəticəsində qaliblər müəyyənləşdirilib.

  

Bənzər Xəbərlər

21.03.2026 - 11:40Ariz Əhədov

Lalə Əlizadə vəfat etdi - FOTO

18.03.2026 - 22:40Ariz Əhədov

Baba Vəziroğluna ağır itki

12.03.2026 - 17:35Ariz Əhədov

Xəlil Köçərli vəfat etdi - FOTO

09.03.2026 - 15:10Ariz Əhədov

Məşhur şair vəfat etdi - FOTO

24.02.2026 - 14:35Ariz Əhədov

Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim olundu - Fotolar

18.02.2026 - 15:00Ariz Əhədov

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi - Fotolar

17.02.2026 - 12:40Ariz Əhədov

Oleq Əmirbəyov vəzifəsindən azad EDİLDİ

16.02.2026 - 23:56Ariz Əhədov

Nazirdən əmr: Mustafa Aşurov direktor təyin olundu

16.02.2026 - 10:40Ariz Əhədov

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 538

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 758

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 568

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 876
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.