Novosibirskdə həkimlər stress nəticəsində səsini itirən 16 yaşlı məktəbliyə kömək ediblər.
Yeniera.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, yeniyetmə qız danışa bilmədiyi üçün yerli tibb müəssisəsinə müraciət edib. Müayinə zamanı ona psixogen afoniya, yəni psixoloji travmadan sonra yaranan səs itkisi diaqnozu qoyulub.
“Təhlil zamanı qızın həyatında çoxsaylı problemlərin olduğu məlum oldu. Onları araşdırmağa artıq ilkin müayinə mərhələsində başlamışdıq,” – deyə müəssisədən bildirilib.
Leyla Cəfərova

