“Fənərbaxça” əzəli rəqibi “Qalatasaray”ın da siyahısında olan Ederson Moraeşi heyətinə qatmağa hazırlaşır.
Yeniera.az xəbər verir ki, təcrübəli qolkiperin bu axşam İstanbula gələcəyi gözlənilir.
Ceyms Traffordun “Mançester Siti”yə gəlişindən sonra Qvardiolanın diqqətindən kənarda qalan braziliyalı qapıçı “Qalatasaray”ın baş məşqçisi Okan Burukla görüşdükdən sonra müqavilə imzalamayıb və görüş uğursuz olub.
Qeyd edək ki, “Qalatasaray” Canluici Donnarummanı da transfer edə bilməyib.
Belə ki, Edersonu “Fənərbaxça”ya satan “Mançester Siti” italyan qapıçının transfer haqqını ödəyərək PSJ ilə anlaşıb.
Vüsal Ömərov

