İspaniyanın paytaxtı Madridin mərkəzində təmir-bərpa işləri aparılan bina çöküb.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 12:00 radələrində baş verib.
Məlumata görə, bina Hileras küçəsində, şəhərin məşhur San Hines şokolad dükanının yaxınlığında yerləşir.
Çökmə hadisəsindən dərhal sonra əraziyə çoxsaylı xilasedici və tibbi yardım briqadaları cəlb olunub.
İlkin məlumatlara görə, hadisə nəticəsində 3 işçi xəsarət alıb, onlardan birinin ayağı sınıb. Bundan başqa, 2 nəfər itkin düşüb.
Rza Əli

