Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk Kişinyova gedəcəklər.
Yeniera.az xəbər verir ki, bu barədə Moldova prezidentinin mətbuat katibi İqor Zaxarova bildirib.
Məlumata görə, Avropa liderlərinin auditoriya qarşısında çıxışı gözlənilir.
Bundan əlavə, onların ölkə prezidenti Maia Sandu, baş nazir Dorin Recean və Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşləri nəzərdə tutulub.
Vüsal Ömərov

