Fransa prezidenti Emmanuel Makron Qəzza zolağında atəşkəs razılaşmasını alqışlayıb.
Yeniera.az xəbər verir ki, Makron Fransanın İsrail-Fələstin münaqişəsinin yekun həllinə yardım etməyə hazır olduğunu təsdiqləyib.
Makron bu barədə X-də paylaşım edib:
“ABŞ prezidenti Donald Trampın, eləcə də Qətər, Misir və Türkiyədən olan vasitəçilərin səyləri böyükdür. Girovlar və onların ailələri, Qəzzadakı fələstinlilər, bütün region üçün böyük ümidlər var.
Mən tərəfləri sazişin şərtlərinə ciddi əməl etməyə çağırıram. Saziş müharibəyə son qoymalı və iki dövlətli həll yoluna əsaslanan siyasi nizamlanmaya yol açmalıdır. Fransa bu məqsədə nail olmaq üçün töhfə verməyə hazırdır”, – deyə o, əlavə edib.
Yeganə

