Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya Avropa ilə strateji qarşıdurma aparır və bunu “hibrid” olaraq xarakterizə edib.
Yeniera.az xəbər verir ki, o bu barədə “RTL” radiostansiyasına danışıb.
Makronun sözlərinə görə, Moskvanın fəaliyyətinə informasiya sahəsində təxribatlar, kiber hücumlar, tibbi və informasiya obyektlərinə zərbələr, eləcə də sabitliyi pozmaq üçün dronlar və miqrasiya axınlarından istifadə daxildir.
O vurğulayıb ki, bu tədbirlər Avropa ölkələrinin mənəvi ruhunu sarsıtmağa yönəlib və Rusiyanın Ukraynada hərbi əməliyyatlarını dəstəkləyir.

