Fransa prezidenti Emmanuel Makron Rusiyanı Ukraynadakı münaqişəyə son qoya bilməməkdə ittiham edərək ona qarşı təzyiqləri artırmağa çağırıb.
Yeniera.az xəbər verir ki, o, bu barədə X sosial media platformasında yazıb.
“Biz Moskvaya təzyiqi artırmaqda qərarlıyıq”, – deyə Fransa prezidenti bildirib.
O, həmçinin ABŞ və Avropa İttifaqının yeni anti-Rusiya sanksiyalarının tətbiqini dəstəkləyib.
Bundan əvvəl Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas 19-cu məhdudlaşdırıcı tədbirlər paketinin qəbul edildiyini açıqlamışdı. Sanksiya siyahısına 63 fiziki və hüquqi şəxs, həmçinin 117 dəniz tankeri daxildir.
Yeganə

