Fransa prezidenti Emmanuel Makron, Rusiya neftinin tədarükünü dayandırmaq üçün “kölgə donanması” adlandırılan tankerləri həftələrlə dənizdə saxlamağı təklif edir.
Yeniera.az xəbər verir ki, Makron bu barədə Kopenhagendə Avropa Siyasi Birliyinin sammitinin açılışında deyib.
“Bu gəmiləri hətta bir neçə gün və ya həftəlik gecikdirməklə və onları tədarüklərini yenidən təşkil etməyə məcbur etməklə biznes modelini məhv etməyiniz çox vacibdir ki, bu da biznes modelinin səmərəliliyini azaldır. Çünki bu model artıq 2022-ci ildən əvvəl təşkil edilmişdi, lakin indi tamamilə sənayeləşib. Təklif edirəm ki, “istəklilərin koalisiyası” çərçivəsində, NATO ilə sıx əməkdaşlıq edərək, birgə hərəkətlərin optimallaşdırılması üzərində işləmək lazımdır”, – deyə Makron bildirib.
O, Fransanın Rusiya limanından Hindistana gedərkən öz sahillərində tankeri saxlamasını misal çəkib. Onun sözlərinə görə, bu cür tədbirlər ona ölkə sahillərində “kölgə donanması” gəmilərinin mövcudluğunu yoxlamağa və bu gəmilərin beynəlxalq qaydalara uyğun olmasını təmin etməyə imkan verir. Dövlət başçısı həmçinin Fransa tərəfindən saxlanılan gəminin yalançı bayraq altında üzdüyünü iddia edib və bəyan edib ki, Fransa bu tankeri bir-iki həftə dayandırmaqla guya Rusiyadan neft tədarükünün effektivliyinə zərbə vurub.
“Buna görə də, əgər biz bu imkanların azaldılmasında effektivliyimizi artırmaq istəyiriksə, “kölgə donanması” çox yaxşı hədəfdir. Və hesab edirəm ki, bu, Rusiyaya təzyiqlərimizi artırmaq üçün irəliyə doğru atılmış çox mühüm addımdır”, – deyə o, yekunlaşdırıb.
Yeganə

