“Fransa prezidenti Emmanuel Makron dərin böhranla üz-üzədir”.
Yeniera.az “TASS”a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin deyib.
Onun fikrincə, Fransa lideri tezliklə istefa verməyəcək.
Stepaşin həmçinin Fransada hökumətlə problemlərin ən dərin iqtisadi böhranla bağlı olduğuna əmin olduğunu bildirib.
Rusiyalı siyasətçinin sözlərinə görə, Fransada vəziyyət dalana dirənib. Stepaşin qeyd edib ki, əvvəlki belə böhran keçmiş prezident Şarl de Qollun dövründə baş verib.
Yeganə

