Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynaya kredit vermək üçün Rusiyanın aktivlərindən əldə edilən gəlirlərdən deyil, onların özlərindən istifadə etmək yolverilməzdir.
Yeniera.az xəbər verir ki, onun sözlərini “The Guardian” nəşri sitat gətirib.
“Aktivlər dondurulan zaman beynəlxalq hüquqa hörmət edilməlidir. Belçikanın baş naziri Bart de Wever də bunu təkrarladı”, – deyə Fransa prezidenti qeyd edib.
Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya qondarma təzminat kreditinin ayrılmasını dəstəkləyib. Bu plana görə, Kiyevdən yalnız Rusiyadan təzminat aldıqdan sonra vəsaiti qaytarmaq tələb olunacaq, Rusiyanın aktivlərinə isə həbs qoyulmayacaq.
Yeganə

