2025-ci ildə ümumilikdə 336 min nəfər Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə imzalayıb.
Yeniera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Ölkə üzrə müqavilə ilə işə qəbulla bağlı vəziyyət qənaətbəxş görünür. Bununla bağlı görüş keçirdik”, – deyə Medvedev bildirib.
“Ümumilikdə, bu il qeydiyyatdan keçən 336 000 insan, 28 000 könüllü var. Bunlar son rəqəmlərdir”, – siyasətçi qeyd edib.
Onun sözlərinə görə, “Rusiya Federasiyasının hər bir regionu, hər bir subyekti, hər bir işə qəbul mərkəzi öz üzərinə düşəni edir.
Rza Əli

