“Rusiya cəmiyyətində miqrantlarla bağlı ciddi gərginlik var”.
Yeniera.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının iclasında sədr müavini Dmitri Medvedev deyib.
Siyasətçi vurğulayıb ki, miqrantların Rusiyada qalması onların əmək müqavilələri ilə ciddi şəkildə tənzimlənməlidir, əks halda düşmən qüvvələr miqrasiya məsələsindən sui-istifadə edəcəklər.
“Qeyri-qanuni miqrasiya bizə düşmən olan qüvvələrə, bu sahədə fəal fəaliyyət göstərən terrorçu və ekstremist təşkilatlara son dərəcə faydalıdır”, – deyə Medvedev sərt şəkildə bildirib.
Yeganə

