Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Naxçıvanda ağır qəza oldu – Ölən və yaralananlar var
  • Bakıda kişi qadını mağazada döydü – Saxlanıldı – VİDEO
  • Sabah bu ərazilərdə qaz kəsiləcək
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Mehdiyevin sevdiyi sənət adamları… – ADLAR

Mehdiyevin sevdiyi sənət adamları... - ADLAR

Gündəm Ariz Əhədov19.02.2026 - 10:43
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycanda kölgəvi təsir imkanları ilə seçilən əsas fiqurlardan biri kimi formalaşıb. Onun siyasi sistem daxilində tutduğu mövqe klassik idarəçi modelindən fərqli olaraq, daha çox qeyri-formal əlaqələr, şəxsi sədaqət prinsipi və paralel təsir mexanizmləri üzərində qurulub. Məhz bu səbəbdən Mehdiyevin adı uzun müddət müxtəlif sahələrdə “təhlükəsiz yüksəliş” üçün açar fiqur kimi hallandırılıb.

Onun bir sıra sahələrdə rolunun olduğu açıq və ya dolayı şəkildə etiraf edilib. Lakin bu təsir dairəsi hər sahədə eyni dərinlikdə və eyni davamlılıqda olmayıb.

Xüsusilə mədəniyyət sahəsi Ramiz Mehdiyevin ən az nüfuz edə bildiyi istiqamətlərdən biri kimi diqqət çəkir. Digər sahələrdə geniş şəbəkə formalaşdıra bildiyi halda, mədəniyyət mühitində bu imkanlar məhdud qalıb. Bu səbəbdən də Mehdiyevin mədəniyyətin müxtəlif sahələrinə təsiri daha çox seçilmiş fərdlərlə qurulan münasibətlərdən ibarət olub. Ramiz Mehdiyev bu çevrədə özünü sistem qurucusu kimi deyil, daha çox “ağsaqqal” statusunda təqdim etməyə üstünlük verib və bu statusu qəbul edənlərin sayı məhdud olub.

Mədəniyyət sahəsində formalaşan bu dar çevrə ideoloji yaxınlıqdan çox, şəxsi münasibətlər, zövq uyğunluğu və himayə mexanizmi üzərində qurulub. Ramiz Mehdiyevin müəyyən musiqiçilərə xüsusi rəğbət bəsləməsi, onları dinləməsi və məclislərində görmək istəməsi bu münasibətlərin xarakterini aydın şəkildə göstərir.

Karantin rejimi dövründə nəvəsinə toy etməsi və bunun ictimai müzakirələrə səbəb olması Mehdiyevin öz mövqeyini necə qavradığını göstərən simvolik hadisə kimi yadda qaldı. Cəmiyyətin əksər hissəsinin sərt məhdudiyyətlər şəraitində yaşadığı bir dövrdə keçirilən bu məclis qanun və qaydaları heçə saymaqla yanaşı, siyasi-psixoloji müstəvidə də oxundu. Böyük məclislərə meyil, şəxsinə ünvanlanan tostlar, açıq şəkildə nümayiş etdirilən status ehtiyacı onun davranış modelinin ayrılmaz hissəsi kimi ortaya çıxırdı.

Həmin toyda iştirak edən şəxslərin seçimi də təsadüfi deyildi. Ramiz Mehdiyev toya özünə ən yaxın hesab etdiyi insanları dəvət etmişdi. Onlar arasında çox az sayda müğənni də var idi.

YENİERA.az modern.az-a istinadən xəbər verir ki, R.Mehdiyevin nəvəsinin toyunda iştirak edən mədəniyyət adamları təsadüfi seçilməmişdi. Məclisə dəvət olunanlar Mehdiyevlər ailəsinin uzun illərdir sevdiyi, dinlədiyi və yaxın münasibətdə olduğu sənətçilər idi.

Məlumata görə, Ramiz Mehdiyev toya kimlərin gələcəyinə və kimlərin kənarda qalacağına şəxsən nəzarət edib. Bu diqqət yalnız vəzifəli şəxslərə deyil, eyni zamanda musiqiçilərə də aid idi. Vaxtilə onu özlərinin “ağsaqqalı” hesab edən, onunla yaxınlıq nümayiş etdirən bəzi mədəniyyət nümayəndələrinin toya dəvət olunmaması isə müəyyən dairələrdə ciddi narazılıq doğurmuşdu. Bu narazılıqlar açıq şəkildə səsləndirilməsə də, mədəniyyət cameəsi daxilində kifayət qədər hiss olunurdu.

Lakin proseslərin sonrakı inkişafı bu narazı səsləri də arxa plana keçirdi. Qısa müddət sonra Daxili İşlər Nazirliyinin toyda iştirak edən şəxslərlə bağlı tədbirlər görməsi, eyni zamanda ictimai müstəvidə Ramiz Mehdiyev və onun yaxınlarına yönələn sərt tənqidlər mövzunun fokusunu dəyişdi. Artıq məsələ kimin dəvət olunub, kimin olunmaması yox, toyun özü və onun yaratdığı ictimai rezonans üzərində cəmləndi.

Məsuliyyətə cəlb olunanlar arasında Ramiz Mehdiyevin xüsusi rəğbət bəslədiyi sənət adamları da vardı. Siyahıda Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu və Xalq artisti Murad Adıgözəlov, eləcə də onun keçmiş həyat yoldaşı, 2009-cu ildə “Avroviziya” mahnı müsabiqəsində üçüncü yer tutmuş Aysel Teymurzadə yer alırdı. Bu da toyun sıradan ailə tədbiri olmadığını, seçimin simvolik məna daşıdığını göstərirdi.

Toyda iştirak edənlərin siyahısına baxdıqda Ramiz Mehdiyevin musiqi zövqü də açıq şəkildə sezilir. Seçimlər göstərir ki, o, xüsusilə caz və estrada janrlarına üstünlük verib. Məhz bu səbəbdən saksafon ifaçısı Teymur Süleymanbəylinin məclisə dəvət olunması təəccüb doğurmurdu. Uzun illər elit məclislərin daimi iştirakçısı olan Süleymanbəyli Mehdiyevin zövq dairəsinə uyğun ifaçılardan sayılırdı.

Ramiz Mehdiyevin məclislərində görməyi istədiyi sənət adamlarından biri də müğənni Azad Şabanov olub. Gənc müğənni toydan sonra Daxili İşlər Nazirliyi tərəfindən məsuliyyətə cəlb olunan şəxslər arasında yer almışdı.

Lakin adıçəkilən şəxslərdən əlavə, bu toyda iştirak etmək istəyən çox musiqiçi, mədəniyyət adamı olub. Bu məsələ daha sonra müxtəlif dairələrdə də səsləndirilib.

Bənzər Xəbərlər

19.07.2026 - 20:11Gülnar Əliyeva

Naxçıvanda ağır qəza oldu - Ölən və yaralananlar var

19.07.2026 - 20:01Gülnar Əliyeva

Bakıda kişi qadını mağazada döydü - Saxlanıldı - VİDEO

19.07.2026 - 19:58Gülnar Əliyeva

Sabah bu ərazilərdə qaz kəsiləcək

19.07.2026 - 00:30Gülnar Əliyeva

Müctəba Xamenei üzə çıxdı və görün nə dedi - ŞOK TƏHDİD

18.07.2026 - 22:31Gülnar Əliyeva

Başqalarının hissləri ilə ustalıqla oynayan BÜRCLƏR

18.07.2026 - 21:36Gülnar Əliyeva

Moskva ilə bağlı xəbərdarlıq: 2 gün davam edəcək

18.07.2026 - 21:33Gülnar Əliyeva

Müdafiə Nazirliyindən ölən hərbçimizlə bağlı AÇIQLAMA - Həmin paraşüt...

18.07.2026 - 10:38Gülnar Əliyeva

Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

18.07.2026 - 10:11Gülnar Əliyeva

Pensiya alanların nəzərinə

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 100

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 456

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 493

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 356
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.