Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ən romantik və ən qısqanc BÜRCLƏR
  • Putin geri addım atdı: Rusiyadan Ukrayna ilə bağlı vacib qərar
  • Ağdamdakı görüntü ilə bağlı – Rəsmi açıqlama
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Mehriban Əliyeva yenidən AGF prezidenti seçildi

Mehriban Əliyeva yenidən AGF prezidenti seçildi

Siyasət Ariz Əhədov16.02.2026 - 21:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib.

Bu barədə YENİERA.az-a AGF-dən məlumat verilib.

Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib. Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər. AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb. Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər. İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər. Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.

Bənzər Xəbərlər

27.07.2026 - 22:26Gülnar Əliyeva

Ən romantik və ən qısqanc BÜRCLƏR

27.07.2026 - 22:00Gülnar Əliyeva

Putin geri addım atdı: Rusiyadan Ukrayna ilə bağlı vacib qərar

27.07.2026 - 21:38Gülnar Əliyeva

Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama

27.07.2026 - 21:36Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

27.07.2026 - 21:29Gülnar Əliyeva

İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?

27.07.2026 - 20:25Gülnar Əliyeva

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

27.07.2026 - 20:14Gülnar Əliyeva

Nazirlər Kabineti mühüm qərar qəbul edib:Sürücülərdən alınan bu cərimələr geri qaytarılır

27.07.2026 - 20:00Gülnar Əliyeva

Ağır qəza:Yaralılar var

27.07.2026 - 18:29Gülnar Əliyeva

Şəmsi Səmədzadə həbsdən AZAD OLDU

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 232

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 541

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 562

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 440
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.