Almaniya kansleri Fridrix Merts hakim koalisiyanın dağılacağı təqdirdə ölkədə azlıq hökumətinin qurulması imkanını istisna edib.
Yeniera.az xəbər verir ki, o, bu barədə “Süddeutsche Zeitung” qəzetinin təşkil etdiyi konfransda bildirib.
Merts həmçinin Almaniyada hakim koalisiyanın 2027-ci ildə hakimiyyətdə qalacağına əminliyini ifadə edib.
“Məncə, bundan söhbət gedə bilməz… Kimsə ciddi şəkildə inanırmı ki, biz bu Almaniya Bundestaqında dəyişən səs çoxluğu ilə işləyə bilərik və hələ də rasional qanunvericilik işini davam etdirə bilərik”,-deyə o, bildirib.
Yeganə

