Almaniya kansleri Fridrix Merts Türkiyə ilə Almaniya arasındakı sıx tərəfdaşlığı daha da inkişaf etdirmək istədiyini bildirib.
Yeniera.az xəbər verir ki, Merts Ankarada gözlənilən görüşləri öncəsi X şirkətinin sosial media platformasında açıqlama verib.
İki ölkə arasında çoxşaxəli əlaqələri vurğulayan Merts qeyd edub:
“Bizi Türkiyə ilə xüsusi və çoxşaxəli əlaqələr birləşdirir. Bunlara xarici və təhlükəsizlik siyasəti ilə yanaşı, miqrasiya, enerji və ticarət də daxildir”.
Merts Türkiyə prezidenti prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini qeyd edərək deyib: “Yaxın tərəfdaşlığımızı daha da genişləndirmək istəyirəm. Ona görə də Ankaradayam”.

