“Bakı Metropolitenində qatarların hərəkəti tam bərpa olunub və sistem tam gücü ilə fəaliyyət göstərir”.
Yeniera.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, bütün xətlər üzrə hərəkət stabil təşkil edilir.
“Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir. Texniki sistemlər üzərində nəzarət gücləndirilib, monitorinq fasiləsiz davam edir”, – məlumatda qeyd edilib.

