Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İlahə Həsənova qalmaqallı məktəbə direktor TƏYİN EDİLDİ
  • Bakı Ağır Cinayətlər Məhkəməsinin şöbə rəisi vəfat etdi
  • Vidadi Abbasovun oğluna vəzifə verildi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Milli Məclis mühüm qərarlar qəbul etdi: Bu,qadağan EDİLDİ

Milli Məclis mühüm qərarlar qəbul etdi: Bu,qadağan EDİLDİ

Siyasət Ariz Əhədov03.03.2026 - 14:52
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Milli Məclisin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

YENİERA.az xəbər verir ki, qanun layihəsi 8 fəsil, 63 maddədən ibarətdir.

Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq.

Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilir. Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları müəyyənləşir, azadlıq və şəxsi toxunulmazlıq hüquqları genişləndirilir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir. Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

Layihəyə görə, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər.

Uşaqların zorakılıqdan qorunması üçün təhsil və tibb müəssisələri üçün yeni öhdəlik də müəyyənləşir. Valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar etdikdə konfidensiallığa əməl etməklə, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borcludurlar, habelə uşaq qaynar xətt xidmətinə məlumat verə bilərlər. Valideynlər (onları əvəz edən şəxslər), habelə dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri, tibb müəssisələri, hüquq mühafizə orqanları və digər səlahiyyətli orqanlar zorakılığa məruz qalmış uşağın fiziki sağlamlığının və psixoloji vəziyyətinin bərpa olunması üçün bütün lazımi tədbirləri görməyə borcludurlar.

Qanun layihəsinə əsasən, uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var.

Layihəyə görə, təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək.

İstintaq proseslərində uşaqlarla əlaqədar psixoloqun iştirakı tələbi qoyulur.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

***

Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır.

Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.

Qeyd edilir ki, hər bir uşağın vicdan azadlığı var və hər kəs uşağın vicdan azadlığına hörmətlə yanaşmalıdır.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, hər bir uşağın vicdan, fikir və söz azadlığı var. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.

***

Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

***

Uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının nümayişi qadağan edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağan edilir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

***

Qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində mülki prosesdə iştirak etmək üçün buraxıla bilməz.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə qanunla nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və ya təqsirləndirilən şəxsə, yaxud mülki cavabdehə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etmək üçün buraxıla bilməz.

Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində Cinayət Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilib. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma “Media haqqında” qanuna da təklif olunur.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

04.03.2026 - 10:42Ariz Əhədov

İlahə Həsənova qalmaqallı məktəbə direktor TƏYİN EDİLDİ

04.03.2026 - 10:32Ariz Əhədov

Bakı Ağır Cinayətlər Məhkəməsinin şöbə rəisi vəfat etdi

04.03.2026 - 10:20Ariz Əhədov

Vidadi Abbasovun oğluna vəzifə verildi – FOTO

04.03.2026 - 10:10Ariz Əhədov

TƏCİLİ! İranın İTKİLƏRİ AÇIQLANDI

04.03.2026 - 09:12Ariz Əhədov

İsrail Beyrutda hoteli vurdu

04.03.2026 - 09:10Ariz Əhədov

Bu tarixdə qısaldılmış iş günü olacaq

04.03.2026 - 09:00Ariz Əhədov

ABŞ yeni hərbi əməliyyata başladı

04.03.2026 - 09:00Ariz Əhədov

“Xameneinin yerini Trampa o deyib” - Hər şeyi başladan zəng...

04.03.2026 - 00:29Ariz Əhədov

Zaur Əmiraslanova ağır itki üz verdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:284. 611

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 539

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:263. 954

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 626
logo
Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.