Yüksəkixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcəklər.
Yeniera.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi çərçivəsində xaricdən əldə etdikləri gəlirlər 2027-ci il yanvarın 1-dən 20 il müddətinə gəlir vergisindən azad olacaq.
