Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib.
Yeniera.az xəbər verir ki, sözügedən məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisin payız sessiyasının ilk plenar iclasında ikinci səsverməyə çıxarılıb.
Layihəyə əsasən, ombudsmanın aylıq vəzifə maaşı 3 060 manatdan 12 min manata qaldırılıb.
Qanun qüvvəyə minənədək ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
Dəyişikliyin 2026-cı il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
