Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bayrama görə bu şəxslərə 500 manat veriləcək
  • DİM sədrinin müsahibəsinə SƏRT REAKSİYA – “Məgər siz imtahanın martda keçirilməsini əsaslandıra bilmisiniz?
  • Əmək pensiyaları ilə bağlı vacib açıqlama
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İdman»Milli Olimpiya Komitəsi ermənilərlə bağlı BOK-a etiraz etdi

Milli Olimpiya Komitəsi ermənilərlə bağlı BOK-a etiraz etdi

İdman Ariz Əhədov06.02.2026 - 17:02
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Milli Olimpiya Komitəsi XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan “Arsax” adlı musiqidən istifadə etməsini ciddi narahatlıqla qarşılayıb.

Yeniera.az xəbər verir ki, qurum Beynəlxalq Olimpiya Komitəsinə Ermənistan idmançılarının bu addımı ilə bağlı öz etirazını bildirib.

BOK rəsmilərinin diqqətinə çatdırılıb ki, “Arsax” ifadəsi uzun illər ərzində Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri ilə bağlı Ermənistanın apradığı qeyri-qanuni və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir. Bu baxımdan, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbirində belə bir proqram seçimi açıq şəkildə siyasi və ideoloji məna daşıyır və Olimpiya dəyərlərinə ziddir.

Qeyd edilib ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir. Beynəlxalq Olimpiya Komitəsinin missiyalarından biri də idmanı siyasətdən kənar saxlamaq, idmançıların və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaqdır.

Bu cür hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur, eyni zamanda regionda sülh və qarşılıqlı etimad mühitinə xələl gətirir.

Milli Olimpiya Komitəsi öz etirazında bir daha bildirib ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin rəmzlərindən biridir, bu platformadan siyasi və separatçı təbliğat məqsədləri üçün istifadə etmək yolverilməzdir.

Bənzər Xəbərlər

14.03.2026 - 00:32Ariz Əhədov

Bayrama görə bu şəxslərə 500 manat veriləcək

14.03.2026 - 00:26Ariz Əhədov

DİM sədrinin müsahibəsinə SƏRT REAKSİYA - “Məgər siz imtahanın martda keçirilməsini əsaslandıra bilmisiniz?

14.03.2026 - 00:02Ariz Əhədov

Əmək pensiyaları ilə bağlı vacib açıqlama

13.03.2026 - 23:13Ariz Əhədov

Azərbaycanda bu qurum LƏĞV EDİLDİ

13.03.2026 - 22:56Ariz Əhədov

Tərtərdə doğuş vaxtı ölən 19 yaşlı ananın - Fotosu

13.03.2026 - 22:54Ariz Əhədov

Avtobuslarda gedişhaqqı tarifləri dəyişdi – FOTO

13.03.2026 - 16:35Ariz Əhədov

Bu müəllimlərə şad xəbər - Maaşdan əlavə 500 manat alacaqlar

13.03.2026 - 15:21Ariz Əhədov

Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR   —  Prezident bu tapşırığı VERİB

13.03.2026 - 15:10Ariz Əhədov

Murad Dadaşov xəstəxanaya yerləşdirildi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 113

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 664

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 314

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 758
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.