Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
  • 13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı
  • Dünya şöhrətli reper Kanye Uest Avropa turuna İstanbuldan başlayır – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Milyarderi şantaj edib – 1,2 milyard dollar istədi

Milyarderi şantaj edib - 1,2 milyard dollar istədi

Dünya Ariz Əhədov15.05.2026 - 11:04
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İngiltərənin “Aston Villa” klubunun sahibi, amerikalı milyarder iş adamı Uesli Edens ABŞ-də böyük şantaj qalmaqalının mərkəzinə düşüb.

Yeniera.az xəbər verir ki, 46 yaşlı Çanqli Luo şəxsi görüntüləri yaymaqla hədələyərək, Edensdən 1,2 milyard dollardan çox pul tələb edib.

ABŞ mediasının yaydığı məlumata görə, tərəflər 2022-ci ildə “LinkedIn” platforması vasitəsilə tanış olublar. Bildirilir ki, bu yaxınlarda boşanan Edens daha sonra Luo ilə Nyu-Yorkdakı evində görüşüb. İstintaq sənədlərinə əsasən, həmin görüşdən sonra tərəflər arasında münasibətlər gərginləşib və şantaj iddiaları ortaya çıxıb.

Nyu-York prokurorluğunun məlumatına görə, Luo milyarder iş adamının şəxsi görüntülərini ailə üzvlərinə, keçmiş həyat yoldaşına və media qurumlarına göndərməklə hədələyərək, böyük məbləğdə pul tələb edib.

İddialara əsasən, ilkin tələb 7,5 milyon dollar olsa da, sonradan bu rəqəm mərhələli şəkildə artırılıb və ümumilikdə 1,215 milyard dollara çatıb.

Federal Təhqiqat Bürosuna (FTB) müraciət edən Uesli Edensin şikayətindən sonra Luo barədə araşdırma başladılıb. Axtarış zamanı onun evindən gizlədilmiş iki mobil telefon aşkar edilib. Hüquq-mühafizə orqanları həmin cihazlarda Edensin üzünün başqa şəxslərin bədənlərinə montaj edildiyi görüntülərin tapıldığını açıqlayıb.

Çanqli Luo saxlanılıb, daha sonra isə 500 min dollar girov qarşılığında sərbəst buraxılıb. Onun şantaj və digər bir sıra ittihamlarla məhkəmə qarşısına çıxacağı bildirilir.

Qeyd edək ki, 64 yaşlı Uesli Edens sərvətini “Fortress Investment Group” vasitəsilə formalaşdırıb və idman dünyasında da tanınmış simalardan biri hesab olunur.

Bənzər Xəbərlər

15.05.2026 - 13:10Ariz Əhədov

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

15.05.2026 - 12:53Ariz Əhədov

13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı

15.05.2026 - 12:41Ariz Əhədov

Dünya şöhrətli reper Kanye Uest Avropa turuna İstanbuldan başlayır - FOTO

15.05.2026 - 12:10Ariz Əhədov

Trampın Çinə səfəri başa çatdı 

15.05.2026 - 11:56Ariz Əhədov

İtkin şəhidimizlə vida mərasimi keçirildi - Fotolar

15.05.2026 - 11:30Ariz Əhədov

Kiyevə dünənki hücumda ölənlərin sayı artdı

15.05.2026 - 11:18Ariz Əhədov

Putin də Çinə gedir

15.05.2026 - 10:50Ariz Əhədov

Bazar günündən metro yeni qrafikdə işləyəcək

15.05.2026 - 10:38Ariz Əhədov

Naxçıvanla bağlı ŞOK: Talıbovdan sonra nə baş verib?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 462

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 161

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 989

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 211
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.