Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xırdalanda FACİƏ: ailəsi evdən kişinin meyitini tapdı
  • SON DƏQİQƏ ! İran təhlükəli BƏYANAT YAYDI
  • Rufa Hüseynova vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Minsk qrupu siyasi “alver”lə məşğul idi” – Politoloq

“Minsk qrupu siyasi “alver”lə məşğul idi” – Politoloq

Siyasət Ariz Əhədov01.12.2025 - 17:29
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

ATƏT Minsk prosesinin və ona bağlı strukturların rəsmi olaraq bağlanması regionda münaqişə sonrası mərhələnin tamamlanması kimi qiymətləndirilə bilərmi? Bu qərarın Azərbaycan–Ermənistan münasibətlərinə, xüsusilə də sülh sazişinin davamlılığına və beynəlxalq vasitəçilik mexanizmlərinə təsiri necə ola bilər?

Sualımızı cavablandıran politoloq Tofiq Abbasov Yeniera.az-a açıqlamasında bildirib ki, Minsk qrupunun adı və fəaliyyəti diplomatiya tarixində özünü qara ləkə kimi təsdiqləyib:

“Minsk qrupu illər ərzində göstərdi ki, diplomatik fəaliyyət və vasitəçilik necə olmalı deyil. Çünki bu təşkilat siyasi “alver”lə məşğul idi. Onun əsas alətləri monipulyasiyalar, şantaj və özünəməxsus yalanlar idi. İlk gündən bu təşkilatı Qarabağ məsələsinin həllinə yox, həll olunamamasına yönəltmişdilər. İlk növbədə çalışdılar ki, ermənilərin maraqlarını reallaşdırsınlar. Bununla da Azərbaycan üçün dözülməz vəziyyət yaratsınlar. Lakin bu alınmadı. Çünki Azərbaycan onlarla bağlı öz yanaşmasını dəqiq müəyyən etmişdi. Ölkəmiz bilirdi ki, onlar ancaq monipulyasiya ilə məşğuldurlar. Minsk qrupu istəyinə çata bilmədi, Azərbaycan siyasi rəhbərliyi-Heydər Əliyev və İlham Əliyev çox gözəl anlayırdı ki, dünyada nələr baş verir”.

Politoloq qeyd edib, diplomatiya sahəsi son dərəcədə ciddi bir sahədir və onun təməlini qoyan məhz danışıqlar, məsləhətlər, hətta çəkişmələrdir:

“Gərək bu prosesin iştirakçıları qərəz nümayiş etdirməsinlər. Lakin biz bu sahədə Minsk qrupunun timaslında neqativ bir yanaşmanın şahidi olmuşuq. Minsk qrupu özləri üçün çox yaxşı sistem qurmuşdu, BMT-nin, Azərbaycanın, bəlkə də Ermənistanın maliyyə resurslarından istifadə edərək ziyafətlərdə olur, bütün tədbirlərdə masa başında otururdular. Ona görə də təşkilatın nə keçmiş zamanlarda xeyri olub, nə də indi ələ gələcək bir üstünlüklərə sahibdirlər”.

T.Abbasov qeyd edib ki, Minsk qrupunun sülh sazişinə heç bir təsiri olmadı:

“Bəzi halalrda Ermənistan təxribatlar edəndə onlar öz səslərini qaldırdılar, amma bunu da effektiv etmirdilər ki, Ermənistan bundan nəticə çıxartsın. Sülh prosesinin bütün üstün cəhətləri Azərbaycan diplomatiyasının qazandığı uğurlardır. Rəsmi Bakı sülh prosesinin son həddə çatdırılması üçün əlindən gələni edəcək”.

Ariz Həsənoğlu

Bənzər Xəbərlər

03.03.2026 - 01:14Ariz Əhədov

Xırdalanda FACİƏ: ailəsi evdən kişinin meyitini tapdı

03.03.2026 - 00:28Ariz Əhədov

SON DƏQİQƏ ! İran təhlükəli BƏYANAT YAYDI

03.03.2026 - 00:24Ariz Əhədov

Rufa Hüseynova vəfat etdi - FOTO

03.03.2026 - 00:15Ariz Əhədov

Xameneinin olduğu yerin koordinatlarını kim verib?

03.03.2026 - 00:03Ariz Əhədov

Baş nazirdən mühüm QƏRAR: Yeni sədr TƏSDİQLƏNDİ

02.03.2026 - 23:10Ariz Əhədov

TƏCİLİ! Tramp İrana qoşun yeridir

02.03.2026 - 13:38Ariz Əhədov

Sürücülərin NƏZƏRİNƏ - bunu etməsəniz, cərimələnəcəksiz - Video

02.03.2026 - 13:15Ariz Əhədov

Daha bir ölkə İrana qarşı müharibəyə qoşulur

02.03.2026 - 13:12Ariz Əhədov

BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto

Ən Çox Oxunanlar

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 522

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:284. 517

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:263. 896

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 597
logo
Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.