Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə dəvət edilib.
Yeniera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatında bildirib.
“Sizin üçün münasib vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim”, – deyə dövlət başçısı qeyd edib.
