Misirin xarici işlər naziri Bədr Abdelatti Trampın Qəzza ilə bağlı sülh planı haqda danışıb.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazir Fransa Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edib.
Abdelatty izah edib ki, Qahirə Qətər və Türkiyə ilə əməkdaşlıq edərək HƏMAS-ı ABŞ prezidenti Trampın Qəzzada təxminən iki ildir davam edən qarşıdurmaya son qoymağı hədəfləyən planını qəbul etməyə razı salmağa çalışır.
“Məqsədimiz HƏMAS-ı bu plana müsbət cavab verməyə razı salmaqdır” – deyə nazir qeyd edib.
Qeyd edək ki, ötən həftə Tramp Qəzzada dərhal atəşkəs, İsrailin HƏMAS girovları müqabilində fələstinli məhbusları geri qaytarmasını, İsrailin Qəzzanı tədricən tərk etməsini, HƏMAS-ın tərksilah edilməsini və beynəlxalq keçid hökumətinin yaradılmasını nəzərdə tutan 20 bəndlik sənədi açıqlayıb.
Leyla Cəfərova

