Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • BŞTİ-nin yeni müdir müavinləri kimlərdir? – Dosye
  • İran sabah Hörmüz boğazını aça bilər
  • “Ya özləri təhvil verəcək, ya da…” – Heqset
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Mədəniyyət»Modelyer Leyla Babazadə tərəfindən yaradılmış milli geyim kolleksiyası YUNESKO-nun mənzil-qərargahında

Modelyer Leyla Babazadə tərəfindən yaradılmış milli geyim kolleksiyası YUNESKO-nun mənzil-qərargahında 

Mədəniyyət Ariz Əhədov08.04.2026 - 17:02
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

YUNESKO-nun mənzil-qərargahında Novruz bayramı qeyd edilib

Azərbaycan və dünyanın daha 12 ölkəsi ənənəvi Novruz bayramını Parisdəki YUNESKO-nun mənzil-qərargahında birgə qeyd ediblər.

Yeniera.az xəbər verir ki, ölkəmizlə yanaşı, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan və Pakistan tədbirin təşkilatçıları qismində çıxış edib.

Açılışda hər 13 dövlətin adından çıxış edən Tacikistanın YUNESKO yanındakı daimi nümayəndəsi Dilşod Kamolzadə Rəhimi Novruzun mənəvi əhəmiyyətini vurğulayıb və onun, bu bayramı qeyd edən bütün xalqları birləşdirən mədəni irsin ən mühüm nümunəsi olduğunu bildirib.

Tədbirdə həmçinin YUNESKO-nun Baş direktoru Xalid Əl-Ənani, Fransada akkreditə olunmuş diplomatik korpusun, diaspor təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Rəsmi hissədən sonra iştirakçı ölkələr milli musiqi və rəqs nümunələrindən ibarət zəngin proqram təqdim edib.

Azərbaycanlı modelyer Leyla Babazadə tərəfindən yaradılmış milli geyim kolleksiyasının defilesi mədəni hissənin xüsusi bəzəyi olub.

Babazadə Azərbaycanın mədəni irsindən ilham alan dizayner və yaradıcı tədqiqatçı kimi tanınır. Onun yaradıcılığının əsasını qədim ornamentlərin və rəmzi formaların öyrənilməsi, onların müasir estetik baxımdan yenidən dərk edilməsi təşkil edir. Eyni zamanda, hər bir geyim tarixin, yaddaşın və mədəni kimliyin daşıyıcısı kimi təqdim olunur.

Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan da öz mədəni təqdimatlarını edib.

Qonaqlar müxtəlif mətbəxlərin ənənəvi yeməklərinin dadına baxa biliblər. Azərbaycan kulinariyası dolma, plov və qutablarla təmsil olunub.

Qeyd edək ki, Novruz bayramı hələ 2009-cu ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

İstinad: Report.az

Bənzər Xəbərlər

08.04.2026 - 18:08Ariz Əhədov

BŞTİ-nin yeni müdir müavinləri kimlərdir? - Dosye

08.04.2026 - 17:56Ariz Əhədov

İran sabah Hörmüz boğazını aça bilər

08.04.2026 - 17:43Ariz Əhədov

“Ya özləri təhvil verəcək, ya da...” - Heqset

08.04.2026 - 17:30Ariz Əhədov

Çelsi Baxşıyeva ilə gündəmə gələn Anar Pirməmmədov FHN-dəki vəzifəsinə QAYTARILDI

08.04.2026 - 17:16Ariz Əhədov

Prezident təqaüdçüsü bacılar Oksford və Kembric universitetlərinə qəbul oldu

08.04.2026 - 16:50Ariz Əhədov

“Nar” inklüziv təşəbbüsə qoşulub

08.04.2026 - 16:31Ariz Əhədov

Şimşək, dolu, qar... - Xəbərdarlıq

08.04.2026 - 16:18Ariz Əhədov

Putinlə Paşinyanın həmin görüşü ilə bağlı - İddia

08.04.2026 - 16:05Ariz Əhədov

İşdən çıxarılan müavin nazirlikdə müşavir oldu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 880

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 838

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 781

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 999
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.