Moldova Gömrük Xidmətinin rəhbəri Aleksandr Yakub respublikanın Avropa İttifaqı (Aİ) gömrük zonasına qoşulmağa hazır olduğunu açıqlayıb.
Yeniera.az xəbər verir ki, Yakub bu barədə mətbuat konfransında deyib.
“Moldova bir il ərzində Avropa İttifaqının Ümumi Tranzit Konvensiyasına inteqrasiyaya hazırlaşmağa nail olub. Bu o deməkdir ki, Moldova Aİ-yə qoşulmazdan əvvəl də ümumavropa gömrük tranzit zonasının bir hissəsi olacaq”, – deyə o, qeyd edib.
Onun sözlərinə görə, bu, ticarəti sadələşdirəcək, belə ki, iqtisadi agentlər vahid elektron tranzit bəyannaməsini doldura, yüklər isə yenidən qeydiyyatdan keçmədən bir neçə ölkədən keçə biləcəklər.
Rəsmi aydınlaşdırıb ki, bu günə olan məlumata görə, Moldovanın Gömrük Məcəlləsi və gömrük qanunvericiliyi təxminən 80-90% Aİ qanunvericiliyinə uyğundur. Ötən il Moldova ilə Aİ arasında ticarət dövriyyəsi ümumi ticarətin 54%-nə çatıb, Rusiya ilə ticarət dövriyyəsi isə 2,5%-ə düşüb.
Yeganə

