Moldova prezidenti Maya Sandu dekabrın 2-də Ali Milli Təhlükəsizlik Şurasının iclasını çağıracaq.
Yeniera.az xəbər verir ki, bu barədə “Newsmaker.md” məlumat yayıb.
“Şura üzvləri informasiya və kibertəhlükəsizlik sahəsində riskləri araşdıracaqlar”, – nəşrdə qeyd olunub.
İclas dezinformasiyaya qarşı mübarizə tədbirlərinin müzakirəsinə həsr olunacaq. Görüşdən sonra Sandu mətbuat konfransı keçirəcək.
Yeganə

