Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan azərbaycanlı iş adamı Suad Həsənov vəfat edib.
News24.az xəbər verir ki, onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, S. Həsənov əslən Naxçıvan MR-in Ordubad rayonundandır. Onun valideynləri Ordubadda təhsil sahəsində tanınmış şəxslər olublar.
Suad Həsənovun nəşi dəfn olunması üçün Moskvadan Azərbaycana göndərilib və bu gün torpağa tapşırılacaq.


