İsrailin baş naziri Benyamin Netanyahu 7 oktyabr 2023-cü il qırğın qurbanlarının anım günü münasibəti ilə deyib ki, İsrail döyüşü bitirməyib və Fələstin HƏMAS hərəkatının hakimiyyətinə son qoymaq və onu tərksilah etmək daxil olmaqla, bütün müharibə məqsədlərinə çatmaqda qərarlıdır.
Yeniera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Biz qaçırılanların hər birini geri qaytarmağa borcluyuq. Döyüşdə canlarını verən oğullar İsrail dövlətinin üzərində qurulduğu təməl daşlardır. Onlar müharibənin bütün məqsədlərinə çatmaq üçün vuruşublar və biz müharibənin bütün məqsədlərinə (HƏMAS-ın məhv edilməsi və tərksilah edilməsi daxil olmaqla) nail olacağıq”, – deyə Netanyahu dövlət anım mərasimində qeyd edib.
“Mübarizə bitməyib. Bu gün yalnız bir şey aydındır: bizə qarşı əl qaldıran hər kəs artıq bilir ki, onlar çox yüksək qiymət ödəyəcəklər. Biz uzun illər həyatımızı müəyyən edəcək tam qələbəyə nail olmaq əzmindəyik”, – baş nazir əlavə edib.
Yeganə

