Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • ​Bazar günləri bəxti gətirən 5 bürc
  • Kombilərlə bağlı QƏRAR VERİLDİ: İcazə verilməyəcək – VİDEO
  • “Azəraqrar”da skandal qərar – Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Müctəba Xamenei hakimiyyətdən gedəcək, yerinə isə… – SENSASİON DETALLAR

Müctəba Xamenei hakimiyyətdən gedəcək, yerinə isə... - SENSASİON DETALLAR

Dünya Ariz Əhədov09.04.2026 - 12:47
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Yaxın Şərqdə baş verən son hərbi qarşıdurmaların ardından İranda 15 günlük atəşkəs elan olunması regionda nisbi sakitlik yaratsa da, bu fasilənin arxasında daha dərin geosiyasi proseslərin getdiyi aydın görünür. Xarici təzyiqlər, daxili siyasi balans və hakimiyyət daxilində mümkün dəyişiklik ehtimalları fonunda ölkənin gələcək idarəetmə modeli yenidən gündəmə gəlib.

Maraqlıdır, rejim dəyişikliyi realdırmı?

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, son müharibədə ABŞ və İsrailin əsas hədəflərindən biri İranda siyasi rejim dəyişikliyi olsa da, bu məqsədə nail olunmayıb.

Azərbaycan Aİ ilə enerji sahəsində etibarlı tərəfdaşdır”

“Yaxın perspektivdə İranda rejim dəyişikliyi real görünmür və mövcud sistem öz dayanıqlığını qoruyur. Ali liderin varisi kimi tez-tez adı hallanan Müctəba Xamenei müəyyən siyasi dayaqlara malikdir. Xüsusilə, onun atasının sağlığında İranın əsas güc strukturlarından biri olan SEPAH daxilində nüfuz qazandığı qeyd olunur.

88 üzvdən ibarət Ekspertlər Şurasında ona dəstək verə biləcək qüvvələr mövcud olsa da, bu, yekdil deyil və müəyyən daxili müxalifətin olması da istisna edilmir. Bu isə onun potensial liderliyi ətrafında fikir ayrılıqlarının mövcudluğunu göstərir”.

Analitikə görə, hazırkı şəraitdə İranda əsas qərarların verilməsində SEPAH-ın rolu son dərəcə böyükdür.

“Faktiki olaraq hərbi-siyasi idarəetmə modeli formalaşıb və strateji qərarlar məhz bu strukturun təsiri ilə qəbul edilir. Bu baxımdan, Müctəba Xameneinin mümkün liderliyi də böyük ölçüdə SEPAH-la münasibətlərindən və bu qurumun dəstəyindən asılı olacaq”.

Ekspert xatırladır ki, vaxtilə Əli Xamenei ali lider seçilərkən də zəif fiqur kimi qiymətləndirilirdi.

“Lakin o, zamanla rəqiblərini sıradan çıxararaq hakimiyyətini möhkəmləndirməyə nail oldu və uzun illər ölkəyə rəhbərlik etdi.

Bu kontekstdə Müctəba Xamenei ilə bağlı da oxşar ssenarinin mümkünlüyü istisna edilmir. Onun gələcək siyasi davranışı, güc balansını necə quracağı və daxili elitalarla münasibətləri bu prosesdə həlledici rol oynayacaq”

Beləliklə, müharibədən sonrakı geosiyasi şəraitdə İranda ali liderlik institutunun gələcəyi bir neçə əsas faktordan – SEPAH-ın mövqeyi, dini-siyasi elitanın razılaşması, mümkün varisin siyasi bacarığı və ictimai rəyin istiqamətindən asılı olacaq. Bu amillərin hansı istiqamətdə inkişaf edəcəyi isə ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək.

Bənzər Xəbərlər

26.04.2026 - 01:02Ariz Əhədov

​Bazar günləri bəxti gətirən 5 bürc

25.04.2026 - 20:34Ariz Əhədov

“Azəraqrar”da skandal qərar – Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir

25.04.2026 - 19:31Ariz Əhədov

Nizami Tibb Mərkəzində külli miqdarda rüşvət: 150 min manat kimə verilib?

25.04.2026 - 19:24Ariz Əhədov

Dahi Sənətkarın İşığına Toplaşanlar: Musiqi və Elm Vəhdətdə

25.04.2026 - 18:40Ariz Əhədov

Trampdan sonra kim prezident olacaq? - Adlar

25.04.2026 - 18:30Ariz Əhədov

Bakıda iki nəfərin meyiti tapıldı

25.04.2026 - 18:00Ariz Əhədov

Polis əməliyyat keçirdi, 153 nəfər saxlanıldı

25.04.2026 - 16:30Ariz Əhədov

“Qarabağ” və “Neftçi”dən birgə - Bəyanat

25.04.2026 - 16:15Ariz Əhədov

“Bu gün 6 sənəd imzaladıq” - Zelenski

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 213

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 011

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 923

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 125
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.