• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Mədəniyyət

“Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasının premyerası baş tutub

02 Dekabr, 25 / 22:45
A A
“Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasının premyerası baş tutub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlanmasına, teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrindən biri olan “Öyrədərək Öyrənirəm” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənc rejissor Fuad Cavadzadə Ağdam Dövlət Dram Teatrında Ustad dərslərinə başladı və bir aylıq davam edən ustad dərsləri zaman “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda təlimlər keçirildi. Ustad dərslərinin praktik və nəzəri biliklərinin təkmilləşdirilməsi məqsədilə yaradıcı kollektivlə M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” pyesi əsasında “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” adlı tamaşa hazırlanaraq ictimaiyyətə təqdim olundu.

Tamaşanın əsas süjet xəttini Fransalı alim Müsyö Jordanın Qarabağa gəlməsi, Qarabağın adət-ənənələri, məşhur Qarabağ xalçaları, atları, muğamı, yeməkləri, bitkiləri ilə yaxından və əyani tanış olmaq istəməsi, gördülərini bütün dünyaya çatıra bilməsi məqsədilə Şahbaz bəyi özü ilə Fransaya apartmaq istəyi təşkil edir.

Bir hissədən ibarət olan tamaşa vasitəsilə tamaşaçılara Qarabağ adət-ənənələrinin təbliğ və tərənnümü ilə yanaşı maarifçilik, cəhalətin tənqidi və elmin təbliği təqdim olunur.
Tamaşa rejissor tərəfindən müəllifin ideya və süjet xəttinə toxunmayaraq milli klassikamızın müasir dövrə milli adaptasiyasıdır.

Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Müşviq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşu Şükür Həsənzadə, rejissor assistenti Ceyhun Yusifovdur.

Tamaşada aktyorlar Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva , Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Qalib Abdullazadə, Behbud Əsgərov, Turan Nərimanov, Yusif Ziyadlı iştirak ediblər.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Növbəti Yazı

Avropa liderləri Ukraynadakı münaqişənin uzanmasına şərait yaradırlar

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.