Azərbaycanın son illərdə həyata keçirdiyi regional nəqliyyat və logistika layihələri ölkənin geosiyasi əhəmiyyətini hansı istiqamət üzrə artırır.
Bu layihələrin yaxın perspektiv üçün gözlənilən nəticələri nələrdir?
REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli Yeniera.az–a açıqlamasına görə, Azərbaycan uzun illərdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Bakı limanının genişləndirilməsi, daxili yol infrasturukturunun yenidən qurulması layihələrinə böyük həcmdə pul yatırırdı. İndi isə həmin yatırımların nə qədər yerində olduğu üzə çıxır:
“Azərbaycan Şərq-Qərb və Cənub-Şimal dəhlizlərinin logistik mərkəzinə çevrilir. Təbii ki, 2027-2028-ci illərdən sonra bu daha aydın görünəcək, Zəngəzur dəhlizinin açılması ilə bu mənzərəni daha aydın formada görəcəyik. Azərbaycanın logistik mərkəzə çevrilməsi isə o deməkdir ki, ölkənin tranzit gəlirləri artır və iqtisadi fürsətlər genişlənir. Sadəcə tranzit gəlirlərinin artması ilə yanaşı, paralel olaraq daxildə də ciddi iqtisadi islahatlarla bağlı addımlar atılmalıdır ki, logistikaya qoyulan yatırımlar öz bəhrəsini daha çox versin”.
Ariz Həsənoğlu

