NATO ölkələri Rusiyaya qarşı , Avropa təhlükəsizliyinin əsaslarını pozan siyasət həyata keçirirlər.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Konstantin Vorontsov bildirib.
“NATO ölkələri Rusiya ilə praktiki açıq qarşıdurma kursuna başlayıblar. Nəticədə biz Avropanın təhlükəsizliyinin əsaslarının sarsıdılmasının şahidi oluruq. NATO sərhədlərimizdə hərbi potensialını gücləndirməkdə davam edir. “Baltik və Qara dənizlərdə dəniz və hava sərhədlərimizdə kəşfiyyat fəaliyyətləri intensivləşib”, – deyə diplomat vurğulayıb.
“Biz mövcud problemləri danışıqlar masası arxasında diplomatik yolla həll etmək üçün mümkün olan hər şeyi etmişik. Lakin opponentlərimizin aqressiv anti-Rusiya siyasəti, vəziyyəti bura gətirib”, – Vorontsov qeyd edib.
“Bizi bu münaqişəni sona çatdırmaq istəməməkdə ittiham edirlər, lakin əslində onu uzatmaq üçün əllərindən gələni edən Aİ ölkələridir”, – o xatırladıb.
Rza Əli

