Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
  • Sadıq Sadıqov qəfil vəfat etdi
  • Koçaryan Azərbaycana məlumat ötürübmüş – 100 erməni mühasirəyə düşüb
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı – Yenilik

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı - Yenilik

Siyasət Ariz Əhədov05.06.2026 - 13:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.

Yeniera.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd olunub ki, təqdim edilən layihə Azərbaycanda həyata keçirilən genişmiqyaslı struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.

Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.

Bu dəyişiklikdən sonra “Dövlət qulluğu haqqında” qanun Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi “Dövlət qulluğu haqqında” qanunun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsverməyə qoyulraq birinci oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

05.06.2026 - 23:46Ariz Əhədov

Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM

05.06.2026 - 23:40Ariz Əhədov

Sadıq Sadıqov qəfil vəfat etdi

05.06.2026 - 20:34Ariz Əhədov

Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb

05.06.2026 - 20:10Ariz Əhədov

Prezident iki məmuru işdən çıxardı - SƏRƏNCAM

05.06.2026 - 18:40Ariz Əhədov

Akif Əlizadə işdən çıxarıldı

05.06.2026 - 18:25Ariz Əhədov

Bakıda yaşayış binası yanır

05.06.2026 - 18:13Ariz Əhədov

Gəmidə ölən azərbaycanlılar görün kim imiş - ADLAR

05.06.2026 - 17:32Ariz Əhədov

Mirələm Mirələmovun ailəsinə ağır itki

05.06.2026 - 15:45Ariz Əhədov

Bu yerlərdə parklanma ləğv edildi - SİYAHI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 670

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 285

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 040

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 271
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.