Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Leysan olacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
  • Tamam Bayatlı təqaüdə göndərildi
  • İloham Əliyev Fərman imzaladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Naxçıvanın yeni rəhbərini kim “vurdu”? — Gizli qrupun arxasındakı ad

Naxçıvanın yeni rəhbərini kim “vurdu”? — Gizli qrupun arxasındakı ad

Gündəm Ariz Əhədov23.02.2026 - 16:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Naxçıvan əhalisinin Prezidentin bölgə üzrə yeni səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun fəaliyyətindən narazı olduğuna dair iddialar səsləndirilir. Bu barədə “Gündəlik Naxçıvan” səhifəsinə danışan yerli sakinlər əsas problemin şikayətçilərin qəbul edilməməsi olduğunu bildiriblər. Onların sözlərinə görə, problemlərini çatdırmaq üçün quruma üz tutan vətəndaşlar binanın ətrafından uzaqlaşdırılır, ünvanlanan məktub və teleqramlara isə cavab verilmir.

YENİERA.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, hazırda Naxçıvanda baş verən hadisələr barədə ətraflı məlumata malik deyil:

“Konkret olaraq insanların nədən və niyə narazı olduqları barədə fikir bildirə bilmirəm. Ancaq ümumilikdə idarəetmə sahəsində qüsurlar mövcuddur. İdarəetmə prinsiplərinin müəyyənləşdirilməsi və kadr siyasətindəki problemlər fonunda narazılıq yaranır”.

TNS saytının rəhbəri, əslən Naxçıvandan olan Tural Səfər isə bildirib ki, Azərbaycan əleyhinə böhtan kampaniyasını idarə edən qüvvələr sistemli iş aparırlar:

“Onlar Cənubi Qafqazda daimi və qalıcı sülhün olmasını istəmirlər. Zəngəzur dəhlizinin açılması da onların marağına uyğun deyil. Bu baxımdan Naxçıvanı təsadüfən əsas hədəf seçməyiblər. Tramp yolunun keçəcəyi Naxçıvanın bu mərhələyə hazırlanması mühüm əhəmiyyət daşıyır. Son aylarda Naxçıvan Muxtar Respublikasının inkişafı, yeni mərhələyə hazırlanması üçün böyük layihələrin icrasına start verilib.

Naxçıvanda əvvəlki illərdə icrası yubadılan Dövlət Proqramının tətbiqi istiqamətində də ciddi tədbirlər görülür. Bu o deməkdir ki, regionda marağı olan qüvvələrin planları pozulur. O zaman nə etmək lazımdır? Dezinformasiya yayaraq əhali arasında çaşqınlıq, narazılıq, yeni rəhbərliyə inamsızlıq yaratmaq lazımdır. Ona görə də bir neçə il bundan əvvəl “Facebook” sosial şəbəkəsində yaradılan “Gündəlik Naxçıvan” adlı səhifədə paylaşılan qərəzli məlumatların sayını, yalanın dozasını xeyli artırıblar”.

Jurnalist qeyd edib ki, son 2 ayda bu səhifədə paylaşılan “tənqidi” yazıların hamısı dezinformasiyadır:

“Gündəlik Naxçıvan”a şikayət göndərən hesablar feykdir. Əgər gerçək şəxslərdirsə, bizimlə əlaqə yaratsınlar. Biz onların problemlərini Almaniyada oturub, guya naxçıvanlıların dərdinə yananlardan daha tez həll edərik.

Bu səhifəni yaradanlar kimlərdir? Səhifənin sahibləri, yaxud adminləri niyə özlərini gizlədirlər? Səhifədə yerləşdirilən telefon nömrəsindən anlaşılır ki, “Gündəlik Naxçıvan” Çexiyada yaradılıb, oradan idarə olunur. Deməli, onlar üçün heç bir risk yoxdur. Bəs özlərini niyə gizlədirlər? Ona görə üzə çıxmırlar ki, naxçıvanlılar onların kimliyini öyrənsə, necə yalançı, qərəzli insanlar olduqlarını, hansı ölkənin xüsusi xidmət orqanının qucağında oturduğunu biləcəklər.

“Gündəlik Naxçıvan” Çexiya nömrəsi ilə Almaniyadan idarə olunur, bu səhifəni yaradan “Xırxır Mamed”in kürəkəni Nadirdir. Orada paylaşılanların dezinformasiyadır.

İnanıram ki, bu gün Naxçıvanı Vətənini sevən, dövlətinə bağlı, Prezidentin tapşırıqlarını yüksək səviyyədə icra etmək bacarığına malik şəxslər idarə edir. Naxçıvan yaxın illərdə, sözün əsl mənasında, Qafqazın Dubayına çevriləcək”.

Bənzər Xəbərlər

05.10.2026 - 17:42Gülnar Əliyeva

Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

05.10.2026 - 17:30Gülnar Əliyeva

Tamam Bayatlı təqaüdə göndərildi

05.10.2026 - 16:17Gülnar Əliyeva

İloham Əliyev Fərman imzaladı 

05.10.2026 - 16:00Gülnar Əliyeva

Səhiyyə Nazirliyindən taunla bağlı açıqlama

05.10.2026 - 15:13Gülnar Əliyeva

Paşinyan Nəsimi  Musayevə görə onu işdən qovdu

05.10.2026 - 15:00Gülnar Əliyeva

Nazirlik 16 tender keçirib - Hamısında onun şirkətləri qalib gəlib

05.10.2026 - 14:30Gülnar Əliyeva

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi - Foto

05.10.2026 - 11:27Gülnar Əliyeva

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - “Boz kardinal” nə deyəcək?

05.10.2026 - 11:05Gülnar Əliyeva

Qızına qarşı iyrənc hərəkətlər edən şəxsə - 15 il həbs verildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 243

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 220

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 127

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 871
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.