“Türk Dövlətləri Təşkilatı çərçivəsində institutsionallaşma və artan əməkdaşlıq türk dünyasını böhranlara qarşı daha dayanıqlı edib”.
Yeniera.az xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (ATT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edərkən deyib.
Nazir vurğulayıb ki, Türkiyə sabitliyi təmin etmək üçün regional güc və liderliyindən istifadə edir.
“Türk dünyasında dövlətlərin iqtisadiyyatını, infrastrukturunu, texnologiyasını, müdafiə imkanlarını gücləndirərək güclənməsi hər bir dövləti daha da güclü edir. Bu güclü dövlətlər bir araya gəldikdə daha güclü bir struktur meydana çıxır. Bu yolda davam etdikcə, qlobal böhranlara daha dözümlü türk dünyası ilə qarşılaşacağıq” – deyə XİN rəhbəri qeyd edib.
Fidan Türkiyənin xarici siyasətinin əsas məqsədinin regional sabitliyin təmin edilməsi olduğunu vurğulayıb. O, “Sabitliyi təmin etmək üçün müharibə və münaqişələri mümkün qədər sakitləşdirmək, bərabərhüquqlu iqtisadi əməkdaşlığı inkişaf etdirmək, regional strukturları institusionallaşdırmaq lazımdır. Prezidentimizin ortaya qoyduğu xarici siyasət perspektivi Türkiyənin bu istiqamətdəki səylərini əks etdirir. Biz Türkiyənin regional gücündən, nüfuzundan və liderliyindən regiona sabitliyin gətirilməsi üçün istifadə edirik” dedi.
Nazir həmçinin bəyan edib ki, Türkiyə rəqabətə və dominantlığa əsaslanan əvvəlki yanaşmalardan uzaqlaşaraq əməkdaşlıq və sabitliyə üstünlük verən xarici siyasət yürüdür.

