Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanununu təsdiq edib.
Yeinera.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Nazirlər Kabineti martın 31-dək Milli Məclis qarşısında hesabat verəcək.
Xatırladaq ki, bundan əvvəl Nazirlər Kabineti parlament qarşısında Milli Məclisin yaz sessiyasının beşinci iclasında hesabat verirdi.

