Nepal ordusu ölkədə təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda sentyabrın 11-i səhər saatlarına qədər ümummilli komendant saatı elan edib.
Yeniera.az “Khabarhub”a istinadən xəbər verir ki, bu barədə ordunun ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
“Qərar ictimai təhlükəsizliyə davamlı təhdidlər fonunda qəbul edilib”, – məlumatda qeyd edilib.
Məhdudiyyət müddətində yalnız təcili tibbi yardım və yanğınsöndürən maşınların, təhlükəsizlik qüvvələrinin avtomobilinin hərəkətinə icazə verilir. Sakinlərə evdə qalmaları tövsiyə olunur.

